Gürcüstan quru sərhədlərindən ölkəyə girişlə bağlı qaydaları sərtləşdirdibackend

Gürcüstan quru sərhədlərindən ölkəyə girişlə bağlı qaydaları sərtləşdirdi

Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Gürcüstan quru sərhədlərindən ölkə ərazisinə giriş qaydalarını sərtləşdirib. 

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən bundan sonra ölkə ərazisinə quru yolu ilə yalnız “Sınıq Körpü” (Azərbaycan-Gürcüstan), “Sadaxlı” (Gürcüstan-Ermənistan), “Sarp” (Gürcüstan-Türkiyə) və “Kazbegi” (Gürcüstan-Rusiya) sərhəd-keçid məntəqələrindən daxil olmaq mümkün olacaq.

Qeyd edək ki, martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət elan edilib. Bu vaxta qədər ölkə ərazisində 77 nəfərdə virusa yoluxma təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*