“Gürcüstan Rusiya və Qərb arasında rəqabət meydanına çevrilib” – RƏYbackend

"Gürcüstan Rusiya və Qərb arasında rəqabət meydanına çevrilib" - RƏY

Məlum olduğu kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Qərb və ABŞ hazırda seçkilərə böyük diqqət ayırıb. Sözügedən ölkələr bunun fonunda təzyiq məqsədilə gürcü hakimiyyətinə qarşı müxtəlif sanksiyalar tətbiq etməkdədirlər.

Maraqlıdır, hadisələr bundan sonra necə inkişaf edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, seçkilər ciddi rəqabət fonunda keçəcək:

“ABŞ və Avropa İttifaqı (Aİ) Gürcüstana böyük təzyiqlər edir. Böyük Britaniya da sözügedən ölkəyə müəyyən sanksiyaları nəzərdən keçirir. Gürcüstan Rusiya və Qərb arasında rəqabət meydanına çevrilib. Hakim “Gürcü Arzusu” partiyası seçkilərdə qalib gələrək Rusiya ilə əlaqələri daha da yaxşılaşdırmaq istəyir. Onların məqsədlərindən biri də rəsmi Moskva ilə əlaqələri inkişaf etdirib ərazi bütövlüyünü təmin etməkdir. Seçkilərdən sonra regionda yeni mərhələ başlayacaq. “Gürcü Arzusu” inzibati resurslardan istifadə edərək qalib gələ bilər. Bu da sonra ixtişaşlarla nəticələnəcək. Lakin Qərbin də Gürcüstanda inqilab edəcək gücü yoxdur”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*