Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan-Türkiyə sərhədində, Samtsxe-Cavaxeti bölgəsində Kartsaxi bölməsində sərhədçinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə məlumat yayıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Valeri Gedeliani sərhəddə növbətçiliyi zamanı dünyasını dəyişib.
Sərhədçinin ölümü ilə bağlı “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə cinayət işi açıq-aşkar zorakı ölüm əlamətləri olmayan meyit aşkar edildikdə başlanır. İş daha sonra yenidən təsnif edilə bilər.
Gürcüstan Daxili İşlər Nazirliyi sərhədçinin ailəsinə və yaxınlarına başsağlığı verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az