Gürcüstan Ukraynadan Saakaşvilinin silahdaşlarını təhvil verməyi TƏLƏB ETDİbackend

Gürcüstan Ukraynadan Saakaşvilinin silahdaşlarını təhvil verməyi TƏLƏB ETDİ

Gürcüstan hökuməti rəsmi Kiyevi hazırda Ukrayna hakimiyyətində yüksək vəzifələr tutan gürcü “cinayətkarları” təhvil verməyə çağırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin bəyanatı yayılıb.

Bəyanatda qeyd edilib ki, Ukrayna hökumətində yüksək vəzifələrdə Gürcüstanda indiyədək axtarışda olan və ya müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər çalışır.

“Bu baxımdan, Zurab Adeişvilinin Ukrayna Baş prokurorunun müşaviri vəzifəsində, eləcə də Georgi Lortkipanidzenin Ukrayna Əks-kəşfiyyat Xidmətinin rəis müavini vəzifəsində olması xüsusi narahatlıq doğurur. Xatırladaq ki, bu şəxslər Gürcüstanın əvvəlki hökumətinin avtoritar rejiminə başçılıq ediblər, onun qurbanları bir çox insanın həyatı, sağlamlığı və rifahı olub. Hər şeydən əvvəl, Ukrayna hakimiyyəti üçün hazırda Ukrayna hökumətində yüksək vəzifələr tutan cinayətkarların Gürcüstana köçürülməsi vacib və zəruridir”.

Nəzərə çatdırılıb ki, Ukraynanın müharibəyə cəlb olunması səbəbindən Gürcüstan hökuməti bu məsələ ilə bağlı mövqe bildirmək istəməyib. Amma Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Brüssel və Berlinə səfərindən sonra öz mövqeyini açıq şəkildə bəyan etməyə məcbur olub.

Gürcüstanın son iki il ərzində Ukrayna dövləti və xalqı ilə həmrəylik nümayiş etdirdiyi, beynəlxalq platformalarda Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı 600-dən çox qərara rəsmi şəkildə qoşulduğu, Rusiyanın hərbi təcavüzünü pislədiyi, Ukraynaya humanitar yardım göstərdiyi kimi faktlar xatırladılıb.

Bu fonda Ukraynanın Mixeil Saakaşvilinin səhhəti ilə bağlı “yalan xəbərləri” bəhanə edərək öz səfirini geri çağırdığı, Gürcüstanın Ukraynadakı səfirini ölkədən qovduğu və digər addımların təəsssüf doğurduğu vurğulanıb.

“Biz dərindən inanırıq ki, siyasətçilərin hansı qərarlar qəbul etmələrindən asılı olmayaraq, heç nə ölkələrimiz və xalqlarımız arasında tarixi dostluğu sarsıtmayacaq”, – deyə Gürcüstan hökumətinin bəyanatında bildirilir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*