Gürcüstana baş kəşfiyyatçı təyin edildibackend

Gürcüstana baş kəşfiyyatçı təyin edildi

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin fərmanı ilə parlament çoxluğunun üzvü İrakli Beraya Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, hökumətin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq sərəncam bu gün imzalanıb.

Qeyd edək ki, bir gün əvvəl Gürcüstanın baş nazirinin qərarı ilə Şalva Lomidzenin Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad edildiyi barədə məlumat yayılmışdı.

İrakli Beraiyə gəlincə, o, əvvəllər parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri olub. O, müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinin islahatlar və inkişaf departamentinin direktoru, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya-analitik şöbəsinin müdiri vəzifələrində çalışıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*