Gürcüstanda ABŞ və müttəfiqlərinin genişmiqyaslı hərbi təlimləri başladı – VİDEObackend

Gürcüstanda ABŞ və müttəfiqlərinin genişmiqyaslı hərbi təlimləri başladı - VİDEO

Gürcüstanda ABŞ və onun müttəfiqlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər start götürüb. Təlimlər 26 iyuldan başlayaraq 6 avqusta qədər davam edəcək.

KONKRET.az xəbər verir ki, təlimlər əslində 21 iyulda Türkiyədə – ABŞ və Türkiyə hərbçilərinin hava desantı əməliyyatları ilə başlayıb. Gürcüstanda keçirilən mərhələdə isə yerli qoşunlarla yanaşı ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva, Ukrayna və Moldova hərbçiləri də iştirak edir.

Təlimləri izləmək üçün Ermənistan və Yaponiyadan gələn ordu və qərargah nümayəndələri də müşahidəçi qismində iştirak edir.

Gürcüstan Müdafiə Nazirliyi bildirib ki, təlimlərin əsas mərhələlərindən biri Senaki hərbi bazasından Tbilisi yaxınlığındakı Vaziani bazasına hərbi kolonların müşayiətinin simulyasiyasıdır.

Qeyd edək ki, Senaki bazası 2008-ci ilin avqustunda baş verən beşgünlük müharibə zamanı Rusiya və Abxaziya qüvvələri tərəfindən işğal olunmuşdu.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*