Gürcüstanda etirazlar davam edəcək – Qarşısını ala bilmirlərbackend

Gürcüstanda etirazlar davam edəcək - Qarşısını ala bilmirlər

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası bu gün davam etdiriləcək.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından olan “Utanc” hərəkatının lideri Şota Diqmelaşvili bildirib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 19:00-da parlament binası qarşısında aksiya davam etdiriləcək.

Saat 10.00-da isə Tbilisi Şəhər Məhkəməsi qarşısında ötən gün aksiyanın dağıdılması zamanı saxlanılanlara dəstək məqsədi ilə aksiya planlaşdırılıb.

Qeyd edək ki, ötən gün Tbilisidə parlament binasının ətrafında keçirilən etiraz aksiyasını polis güc tətbiq edərək dağıdıb. Bu zaman 37 nəfər saxlanılıb, 2-si polis olmaqla 6 nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*