Gürcüstanda millət vəkilləri kütləvi şəkildə istefa veribbackend

Gürcüstanda millət vəkilləri kütləvi şəkildə istefa verib

Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiya düzəlişinin qəbul edilməməsi səbəbi ilə bəzi deputatlar hakim “Gürcü Arzusu” Partiyasından istefa verdiklərini açıqlayıblar.

KONKRET.AZ xəbər verir ki, parlamentin vitse-spikeri Tamar Çuqoşvili, həmçinin deputatlar Tamar Xulordava, Sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze, Dmitri Sxitişvili parlament çoxluğundan imtina ediblər.

“Təəssüf ki, səbəb nə olursa olsun, Konstitusiyaya düzəliş layihəsi uğursuz alındı. Bizim parlament çoxluğunu tərk etməkdən başqa çıxış yolumuz qalmayıb. Konstitusiyaya düzəliş məsələsi çox ağır məsələdir və nə mən, nə də həmkarlarım bunun siyasi məsuliyyətini öz üzərimizə götürə bilərik”, – deyə T. Çuqoşvili bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*