Gürcüstanda narkomanların sayı artıbbackend

Gürcüstanda narkomanların sayı artıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti 2023-cü ildə narkomaniyanın yayılması səviyyəsini öyrənmək məqsədilə araşdırma aparıb. Ölkə üzrə 5492 nəfər müayinəyə cəlb olunub və onlar test analizi veriblər. Müayinədən keçənlərin 4023-nün narkoman olduğu müəyyən edilib.

KONKRET.az xəbər verir ki, Gürcüstan DİN-in saytında yerləşdirilmiş məlumata görə müayinə edilənlərdən 5338 nəfəri kişilərdir, onlardan 3970 nəfəri müsbət nəticə göstərib,154 qadından isə 53-də narkotik aludəçiliyi təsdiqlənib.

Ötən il narkomaniyaya görə yoxlanılan şəxslərdən 17-si yetkinlik yaşına çatmayanlar olub, onlardan 10-nun narkoman olduğu üzə çıxıb.

Statistikaya görə, narkomaniya testi verənlərin 3278 nəfəri 25-44 yaş arasında olub və 2393 kişi və 34 qadın pozitiv nəticə göstərib. Altmış yaşdan yuxarı 155 vətəndaşdan isə 72 nəfərinin narkotik aludəçisi olduğu aşkarlanıb.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*