Gürcüstanda kütləvi deportasiya başlayıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin Miqrasiya Departamenti və digər müvafiq strukturlarının birgə koordinasiyası ilə son günlər keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 22 əcnəbi vətəndaş çıxarılıb.
Məlumatda qeyd olunub ki, deportasiya olunanlar Türkiyə, İran, Rusiya, İran, Türkmənistan, Misir, Banqladeş, Hindistan, Belarus, İraq, İordaniya və Litva vətəndaşlarıdır.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə hüquqi əsas olmadan qalıblar və sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə ediblər.