Gürcüstanda pensiyaçılara kommunal güzəştlər: Azərbaycanda da mümkündürmü? – MÜHÜM DETALLARbackend

Gürcüstanda pensiyaçılara kommunal güzəştlər: Azərbaycanda da mümkündürmü? - MÜHÜM DETALLAR

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlərə dair maliyyə yükünün azaldılması məqsədilə dövlət tərəfindən ödənişlərin müəyyən hissəsinin qarşılanması təcrübəsi tətbiq olunur. Maraqlıdır, bu cür təcrübə Azərbaycanda tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda belə bir praktikanın tətbiqi gözlənilmir:

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“İnsanların yaşına görə kommunal tariflərin fərqləndirilməsi hökumətin gündəliyində deyil və bu, ümumiyyətlə, doğru yanaşma sayılmır. Əgər pensiyaçılara diqqət və qayğını yüksəltmək istəyiriksə, minimum pensiyanı daha böyük templə artırmaq lazımdır. Kommunal haqlara görə güzəştlərin tətbiqi effektiv yanaşma deyil. Əvəzində pensiya məbləğini artırmaq daha düzgün olardı. Gənclər də gələcəkdə yüksək pensiya almaq üçün indidən əlavə təşəbbüslər göstərməlidir.”

Ekspert qeyd edib ki, əgər indiki pensiyaçılara qayğı yetərsiz hesab edilirsə, minimum pensiyanın artırılması daha məqsədəuyğun olar:

“Nə yaxşı ki, Azərbaycanda bu cür kommunal güzəştlər nəzərdə tutulmur. Çünki bu, doğru yanaşma deyil.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*