Gürcüstanda qətlə yetirilən qadın Azərbaycan vətəndaşı olubbackend

Gürcüstanda qətlə yetirilən qadın Azərbaycan vətəndaşı olub

Gürcüstanda əri tərəfindən qətlə yetirilən qadının Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, cütlük dörd ildir ailəli imiş.


*** 16:55

Gürcüstanın Bolnisi rayonunun Talaveri kəndində törədilən qətlin bəzi detalları məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, əri tərəfindən ötən gecə qətlə yetirilən azərbaycanlı qadının 25 yaşı olub.

O, Bakıdan ötən gün qayıdıb.

Qonşular bildiriblər ki, cütlük son üç ay Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.

Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib.

Onun həyat yoldaşını kəmərlə boğduğu bildirilir.

Kişi psixi pozğunluqdan əziyyət çəkib.

Qətlə yetirilən qadının meyiti Bakıya göndərilib.


***14:54

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Talaveri (Faxralı) kəndində qətl törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, kişi həyat yoldaşını qətlə yetirib.

Qətlə səbəbin qısqanclıq olduğu bildirilir.

Faktla bağlı istintaq başlayıb.

Qətlə yetirilən qadın üç azyaşlı uşaq anası olub.

Qətli törədən şəxs saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*