Gürcüstanda üç ukraynalı narkotacir saxlanıldı – VİDEObackend

Gürcüstanda üç ukraynalı narkotacir saxlanıldı - VİDEO

Gürcüstanda üç Ukrayna vətəndaşı narkotik cinayətində şübhəli bilinərək tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə iyunun 22-də ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tiflisdə, xüsusilə böyük miqdarda narkotik maddə əldə etmə, saxlama və satmaq ittihamı ilə Ukraynanın üç vətəndaşı tutuldu” deyilib.

İddiaya görə, tutulanlar narkotik vasitələrin İnternet vasitəsilə yayılmasında iştirak edib.

“Şəxsi axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları sonradan satış məqsədi ilə xüsusi yerlərdə yerləşdirməyə hazır olan 45 Subotex tableti, Buprenorfin olan maddələr və digər narkotik vasitələr götürdülər”, – deyə məlumatda bildirilib.

Saxlanılanlar 8 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası ilə üzləşirlər.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*