Gürcüstandan Azərbaycana dəstək: Rusiyadan gələn partlayıcı maddələr Ermənistana buraxılmırbackend

Gürcüstandan Azərbaycana dəstək: Rusiyadan gələn partlayıcı maddələr Ermənistana buraxılmır

Ermənistana idxal olunan yüklər Rusiya-Gürcüstan sərhəddində qalıb, Gürcüstan gömrüyü daşınmasına icazə vermir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Aravot” nəşri yazıb.

“Artıq iki həftədir ki, Gürcüstan tərəfi Rusiyadan Ermənistana gələn yüklərin sərhədi keçməsinə icazə vermir. Bunlar dağ-mədən, yol tikintisi və s. üçün nəzərdə tutulan partlayıcı maddələrdir. Rusiya istehsalı olan partlayıcı maddələrlə yüklənmiş bir neçə yük maşını Larsda Rusiya tərəfinin bütün prosedurlarından keçib, lakin Gürcüstan tərəfi onların gömrük sərhədini keçməsini qadağan edib.

Bu yüklər Geopromining mədən şirkəti və Agarak Mis-Molibden zavodunun işi üçün nəzərdə tutulub.

Partlayıcı maddələrin istehsalı ilə məşğul olan Rusiyanın “Promsintez” şirkətinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Anna Batikova Aravot.am ilə söhbətində illərdir məhsullarının Geopromining mədən şirkəti, Ağarak Mis-Molibden Zavodu və digərləri üçün Ermənistana ixrac edildiyini söyləyib:

“Bu il artıq 40-a yaxın nəqliyyat vasitəsi göndərilib, müəyyən olunmuş qaydada hər ay göndərilməlidir”.

Xanım Batikova iyulun 1, 6 və 24-də maşınların yükləndiyini, Larsa aparıldığını, Rusiya tərəfindən keçdiyini, ancaq Rusiya-Gürcüstan neytral zonasında dayandıqlarını bildirib.

“Biz Gürcüstan hökumətinə, gömrük xidmətinə məktublar yazdıq, lakin cavab almadıq, yüklərin Ermənistana verilməsinin nə üçün qadağan olunduğunu izah etmirlər. Üstəlik, bu, ilk dəfə olur. Biz ən böyük şirkətlərdən biriyik, uzun illər təcrübəmiz var və illərdir Ermənistana mal göndəririk, heç bir problem olmayıb” deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*