Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandıbackend

Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstan 2023-cü il ərzində 41 Azərbaycan vətəndaşını deportasiya edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.

Məlumatda bildirilib ki, Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*