Gürcüstandan Ermənistana Avropa ittifaqı ilə bağlı TƏKLİFbackend

Gürcüstandan Ermənistana Avropa ittifaqı ilə bağlı TƏKLİF

Gürcüstan Ermənistana Aİ ilə yaxınlaşma təcrübəsini bölüşməyi təklif edib

KONKRET.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Belə ki, Cənubi Qafqazdakı vəziyyəti və regionun tranzit potensialını Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Alen Simonyan və Şalva Papuaşvili müzakirə ediblər.

Həmçinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Papuaşvili sosial şəbəkələrdə görüşün Simonyanın Gürcüstana işgüzar səfəri çərçivəsində Telavidə baş tutduğunu bildirib.

Gürcüstan parlamentinin sədri qeyd edib ki, gürcü tərəfi Ermənistanın Aİ ilə dialoqu dərinləşdirmək səylərini alqışlayır və öz təcrübəsini bölüşməyi təklif edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*