KONKRET.az Ermənistan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bağrataşen nəzarət-buraxılış məntəqəsinin əməkdaşları Gürcüstandan gələn Ermənistan vətəndaşı A.M.-nin avtomobilində axtarış aparıblar.
Avtomobil gömrük nəzarətindən gizlədilmiş malların olması şübhəsi ilə ətraflı axtarış üçün xüsusi baxışa göndərilib. Görülən tədbirlər nəticəsində avtomobilin kapotunun altından Ermənistan vətəndaşı K.D.-yə məxsus olan 6 ədəd pnevmatik silah aşkar edilib.
Bu faktla əlaqədar gömrük qaydalarının pozulmasına dair protokol tərtib edilib. Müsadirə olunan silahlar gömrük anbarına təhvil verilib.