Gürcüstan Bankı beynəlxalq sanksiyalara uyğun olaraq, rusiyalı vətəndaşların 300 avrodan artıq dəyərdə alışlarını məhdudlaşdırıb.
Bu qərar ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın tələblərinə uyğun olaraq qəbul edilib.
KONKRET.az xəbər verir ki, bu, 2022-ci ildən bəri lüks mallar üzərində sanksiyaların birbaşa bank tərəfindən nəzarət edilməsi ilə bağlı ilk haldır.
Müşviq Tofiqoğlu,
KONKRET.az