Gürcüstanın AB-yə üzvlüyü dayandırıldıbackend

Gürcüstanın AB-yə üzvlüyü dayandırıldı

Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində irəliləyişi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim kimi tanımaması səbəbindən dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi X hesabında yayılan bəyanatda bildirilib.

“Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, AB-yə daxil ola bilməyəcək”, – bəyanatda vurğulanıb.

Qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqını dəstəkləyir, lakin Gürcüstanın hazırkı hakimiyyətini tanımır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*