Tbilisidə yaralanan Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın vəziyyəti ağırdır.
KONKRET.AZ xəbər verir ki, bu barədə T.Qamsaxurdiyanın qardaşı Konstantin Qamsaxurdiya bildirib.
O deyib ki, qardaşına sinə nahiyəsindən xəsarət yetirilib və hazırda təcili əməliyyat olunur.
Yerli mətbuatın yazdığına görə, T.Qamsaxurdiya soyuq silahla yaralanıb. Ona keçmiş qonşusu David Bacelidzenin xəsarət yetirdiyi bildirilir. 2009-cu ildə T.Qamsaxurdiya D.Bacelidzeni yaraladığına görə saxlanılıb.
***20:11
Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya yaralanıb.
Hadisə Tbilisinin Vera rayonunda baş verib.
T.Qamsaxurdiya xəstəxanaya yerləşdirilib.
Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə istintaq başlanılıb.