Gürcüstanın turizm gəlirləri rekord həddə çatdıbackend

Gürcüstanın turizm gəlirləri rekord həddə çatdı

Gürcüstanın beynəlxalq turist səfərlərindən əldə etdiyi gəlir bu ilin yanvar-noyabr aylarında təxminən 3,2 milyard dollar təşkil edib ki, bu da rekord göstəricidir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

“2022-ci ilin yanvar-noyabr aylarında turizm gəlirləri 2019-cu ili üstələyərək rekord həddə, 3,159,558,975 dollara çatıb”, – hesabatda deyilir.

Qeyd olunduğu kimi, bu 2019-cu ildə pandemiyadan əvvəl əldə edilmiş gəlirləri 3,5% üstələyir.

Bununla yanaşı, ilin 11 ayında turizm sənayesinin gəlirləri ötən ilin müvafiq göstəricilərini 82,4 faiz üstələyib.

Məlumata görə, noyabrda mənfəət 305 milyon dollardan çox olub. Bu, 2019-cu ilin müvafiq göstəricisindən 51,2%, 2021-ci illə müqayisədə isə 74,9% çoxdur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*