Gürcüstanlı deputat: “Aİ seçkilərə müdaxilə edir” backend

Gürcüstanlı deputat: "Aİ seçkilərə müdaxilə edir" 

“Avropa İttifaqı Gürcüstandakı seçkilərə müdaxilə edir”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin rəhbəri Maka Boçorişvili deyib.

O bildirib ki, Aİ rəsmilərinin bəyanatları ümumilikdə seçkilərə müdaxilə kimi qiymətləndirilir:

“Başqa ölkələrin siyasətçiləri və liderləri Gürcüstanda kimin hakimiyyətdə olması barədə bu qədər danışması anormal vəziyyətdir. Bu yaxınlarda Litvada seçkilər keçirildi, lakin Gürcüstandan olan siyasətçilərdən Litvada kimin hakimiyyətdə olması barədə heç bir açıqlama verilmədi”.

Xatırladaq ki, oktyabrın 26-də Gürcüstanda parlament seçkiləri baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*