Haaqa Məhkəməsi Ratko Mladiçin vaxtından əvvəl azadlığa buraxılmasını rədd etdibackend

Haaqa Məhkəməsi Ratko Mladiçin vaxtından əvvəl azadlığa buraxılmasını rədd etdi

BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi serb hərbi cinayətkarı Ratko Mladiçin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini rədd edib.

KONKRET.az xəbər verir ki, qeyd olunur ki, Mladiç 1992–1995-ci illərdə Bosniya müharibəsində törətdiyi soyqırım və insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzası alıb. Onun səhhətindəki qeyri-sabitliyə baxmayaraq, Haaqa həbsxanasında vəziyyəti nəzarət altında saxlanılır.

83 yaşlı keçmiş general bu il azı iki dəfə xəstəxanaya yerləşdirilib, həmçinin kognitiv pozuntulardan əziyyət çəkdiyi bildirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*