Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi – VİDEObackend

Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişdik.

Konkret.az Baku.ws-ə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidov məğlubiyyətini haqsız sayb.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1.

Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb.

Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı sildirilib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb.

Güləşçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb.

Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*