Hacı Əliyev ilk görüşündə məğlub oldu – YENİLƏNİBbackend

Hacı Əliyev ilk görüşündəcə məğlub oldu - YENİLƏNİB

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

KONKRET.Az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla qarşılaşıb.

İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etiraz edərək, Əliyevin 2 xalını sildirib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib.

İldırım Musayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*