backend

Hacı Əliyevin çempionluq yolu rusiyalı idmançıdan başlayacaq - FOTO

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sabah keçiriləcək yarışda Hacı Əliyevin dünya çempionatındakı ilk rəqibi məlumdur

Qeyed edək ki, Azərbaycanlı sərbəst güləşçisi Hacı Əliyev .2010-cu ildən Azərbaycan yığmasında çıxış edir. O, 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan Dünya Çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.

Altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə 57 və 65 kq-da mübarizəyə start veriləcək.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

Qadın güləşi

 62 kq

1/16 final – Elmira Qəmbərova – Krişta Tunda İnçe (Rumıniya)

 68 kq

1/16 final – İrina Netreba – Yuvette Zie (Burkino-Faso)

Sərbəst güləş

 57 kq

Təsnifat – Mahir Əmiraslanov – Ulukbek Joldoşbekov (Qırğızıstan)

 65 kq

Təsnifat – Hacı Əliyev – Hacımurad Rəşidov (Rusiya)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*