ATV-nin efirində maraqlı açıqlama verən tanınmış aparıcı Hacı Nuran Bakıdakı 8 nömrəli məktəbdə təhsil aldığını bildirib.
KONKRET.az xəbər verir ki, aparıcı həmin məktəbdə oxuduğu illərdə hazırda ölkədə tanınmış siyasətçilərlə birgə təhsil aldığını deyib:
“Xarici İşlər naziri Ceyhun Bayramov və Gənclər və İdman naziri Fərid Qayıbov mənim məktəb yoldaşlarım olub. Ombudsman Səbinə Əliyevanı isə mən pionerə qəbul etmişəm”, – deyə, Hacı Nuran vurğulayıb.
O, həmçinin məktəbi fərqlənmə atestatı ilə bitirdiyini də diqqətə çatdırıb.
Musavat.com
