“Hacı” olmaq istəyənlər üçün VACİB MƏLUMAT: Ziyarət qiymətləri ildən-ilə niyə artır? backend

"Hacı" olmaq istəyənlər üçün VACİB MƏLUMAT: Ziyarət qiymətləri ildən-ilə niyə artır? 

Həcc ziyarətinin qiyməti ötən illə müqayisədə daha yüksəkdir. Belə ki, 2024-cü ildə həcc ziyarəti üçün paketin qiyməti 5 850 ABŞ dolları idisə, indi bu rəqəm 5 950 ABŞ dolları təşkil edir. Bəs görəsən, hər il qiymət artımının olması nə ilə bağlıdır?

Mövzu ilə bağlı KONKRET.az-ın sualını cavablandıran iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, ümumiyyətlə, həcc ziyarətinin xərcləri daima artır:

Ekspert: “Bank bazarı get-gedə inhisarlaşır, tarifin artması da sünidir” -  ŞƏRH + FOTO - Oxu.az

“Bahalaşma hər sahədə var. Səudiyyə Ərəbistanında da bahalaşma müşahidə olunur. Ona görə də, səbələr müxtəlif ola bilər. Həcc paketinə komfortlu təyyarə ilə səyahət, Səudiyyə Ərəbistanında transfer xidmətləri, həcc dövründə ziyarət olunan yerlərə komfortlu avtobuslarla çatdırılma, Məkkə və Mədinədə hoteldə qalma və qidalanma kimi bir çox xidmətlər daxildir. Digər tərəfdən, həcc ziyarətini təşkil edənlər də qazanc götürməlidir. Yoxsa bu işlə məşğul olmazlar. Yəni təşkilatçılığın özü də xidmət növüdür. Onlar da ildən-ilə öz xidmət haqqlarını artırır. Bu səbəblərdən dolayı daima həcc ziyarəti qiymətlərinin artması normal haldır.“

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*