Hacıqabulda 801 abonent qazsız qalacaqbackend

Hacıqabulda 801 abonent qazsız qalacaq

Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, Hacıqabul şəhər mərkəzini təbii qazla təmin edən diametri 315 mm PE orta təzyiqli “Şəhər dairəvi” yeraltı daşıyıcı qaz kəmərinin ikinci hissəsində kipliyin sınağı məqsədilə əlaqədar 18.07.2025-ci il, saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək şəhərin bir hissəsində (ümumi 801 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*