Hacıqabulda ağır qəza – Ölən və yaralananlar varbackend

Hacıqabulda ağır qəza - Ölən və yaralananlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Prado” markalı avtomobil “Qazel”lə toqquşub.

Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər – Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov

Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*