Məşhur müğənni Hadisə “Esas oğlan” adlı yeni serialı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk dəfə aktyorluq dünyasına addım atmaq üçün hazırlıqlarını davam etdirən Hadisənin yayımlanacaq serialdakı ortağı da bəlli olub.
KONKRET.az xəbər verir ki, iki subay qadının əyləncəli və sürükləyici macəralarından bəhs edən “Esas oğlan” serialının təfərrüatları aydınlaşmağa başlayıb.
GAİN-də ekranlaşdırılacaq və Şenol Sönmezin rejissoru olduğu serial 8 bölümdən ibarət olacaq. Ssenarisini Meryem Gültabak və Cihan Çalışkantürk yazacaq.
Məşhur müğənni “Esas oğlan”da baş rolu yaxın dostu Seda Bakanla paylaşacaq. Maraqla gözlənilən komediya filmində Ceren obrazını Hadisə, Selma obrazını isə Seda Bakan canlandıracaq. Serialın çəkilişləri iyulun ikinci həftəsində başlayacaq.
Serialda Hadisənin ortağı Merti yaraşıqlı və gənc aktyor İlhan Şen canlandıracaq. Serialın çəkilişləri təxminən avqustun 16-da başa çatacaq.
Hadisənin serial üçün aldığı qonorar da məlum olub. Məşhur müğənninin 8 seriyadan ibarət serialdan 10 milyon lirə qazanacağı iddia edilir.
Hadisənin təklifi qəbul etməsində ən mühüm amilin yaxın dostu Seda Bakanın seriala çəkilməsi olduğu bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az