Türkiyəli müğənni Hadisə ölkənin TV8 kanalında yayımlanan “Söylemezsem olmaz” verilişinin aparıcıları Seren Serengil, Bircan Bali və “Arto” kimi tanınan Harutyan Dalğanı məhkəməyə verib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb həmin verilişdə Hadisənin iş adamı Rza Zərrabla sevgili olduğu iddialarının səsləndirməsidir.
Bildirilib ki, verilişdə Hadisə haqqında qeyri-etik ifadələr işlənib.
İstanbul Respublika Prokurorluğu tərəfindən 3 şübhəli barəsində ayrı-ayrılıqda araşdırmalar aparılmağa başlanılıb.