Hadrut erməniləri Makrona məktub göndərərək Fransadan siyasi sığınacaq istədilərbackend

Hadrut erməniləri Makrona məktub göndərərək Fransadan siyasi sığınacaq istədilər

Hadrutdan çıxan ermənilər Fransa prezidenti Makrona məktub göndərərək Fransadan siyasi sığınacaq istəyiblər.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, İrəvanda etiraz edən Hadrutdan köçən ermənilər əvvəlcə BMT ofisinə məktubu təqdim ediblər. Daha sonra Fransa prezidentindən qaçqınlara siyasi sığınacaq istəmək üçün Fransa meydanına tərəf gediblər.

“Hər şey belə davam edərsə, Hadrut yox olacaq. Hadrutu Fransadan saxlamaq Ermənistandan daha asandır”, – deyə “Hadrut uğrunda” təşkilatın rəhbəri Levon Ayryan deyib.

Fransanın İrəvandakı səfirliyi Parisdən cavab veriləcəyi təqdirdə etirazçılara məlumat veriləcəyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*