“Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam” – Robert Koçaryan da SƏRSƏMLƏDİbackend

"Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam" - Robert Koçaryan da SƏRSƏMLƏDİ

“Hadrut və Şuşanın qaytarılmasına çalışacağam”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu bu gün Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib. O, hakimiyyətə gəlsə Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata yenidən baxmayacağını bildirib. Çünki bu sənədin əsas bəndləri artıq icra olunub.

“Bütün ən pis şeylər artıq baş verib… Üstəlik, denonsasiya əsirlərin qaytarılmasına olan ümidləri də puça çıxaracaq”, – deyə o qeyd edib.

Koçaryan heç olmasa keçmiş DQMV-nin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağını bildirib.

“Mən heç olmasa keçmiş DQMV-nin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam. Bunun üçün hər gün çox çalışmalıyıq – əsas odur ki, cəhd et, hərəkətsiz qalma”, – deyə Koçaryan sərsəm çıxış edib.

Hakimiyyətə gəlmək üçün hər şeyə hazır olan Robert Koçaryan boş-boş vədlərlə ancaq ermənilərin başını qata bilər, Azərbaycan Ordusunun “Dəmir yumruğu” həmişə hazır vəziyyətdədir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*