Hadrutda quraşdırılan lövhə erməniləri dəli edib.
KONKRET.az xəbər verir ki, Hadrutda qoyulmuş lövhədə Azərbaycan xəritəsi əks olunub. Xəritədə Zəngəzur Azərbaycanın tərkibindədir. Lövhədə “Müqəddəs sərhədlərimizin keşiyində” sözləri yazılıb.
Erməni seqmenti Zəngəzurun Azərbaycanın tərkibində göstərilməsindən qəzəblənərək Ermənistanın XİN-dən izahat tələb ediblıər.
“Azərbaycan, tezliklə Arsaxa qaytaracağımız işğal olunmuş erməni şəhəri Hadrutda Sünikin bir hissəsini Azərbaycan ərazisi kimi göstərildiyi xəritə asıb.
Biz ER XİN-dən tələb edirik ki, Azərbaycanın Ermənistandakı səfiri, yəni Paşinyana çağırıb nota versin, çünki bütün bunlar onun icazəsi ilə baş verir”, – deyə sosial şəbəkə istifadəçiləri yazır.
Həmin fotonu təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az