Hakan Fidan: “ABŞ odla oynayır”backend

Hakan Fidan: “ABŞ odla oynayır”

“ABŞ Yəmənə zərbə endirməklə “odla oynayır” və bu, hər an bölgədə böyük müharibənin alovlanmasına səbəb ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib:

“Birləşmiş Ştatlar odla oynayır və o atəş hər an alova çevrilə bilər. Buna nəzarət etmək mümkün olmayacaq. Türkiyə regional tərəfdaşları və ABŞ ilə daimi dialoqdadır. Regional münaqişədən qaçmaq lazımdır. Vəziyyət yaxşı deyil. Daha böyük münaqişə ilə üzləşə bilərik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*