Hakerlər Merkelin elektron poçtunu oğurladıbackend

Hakerlər Merkelin elektron poçtunu oğurladı

8 may 2015-ci ildə Almaniya kansleri Angela Merkelin kompüterinə edilən kiberhücum nəticəsində Scaramouche ləqəbli bir haker iki e-poçt ünvanına giriş əldə edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 8 may cümə günü Almaniyanın Spiegel nəşri yayıb.

Mənbə bildirir ki, poçt qutularında kanslerin 2012-2015-ci illər üçün yazışmaları var, təcavüzkar ən azı 16 GB həcmində məlumat əldə edə bilib.

İstintaq hesab edir ki, haker hücumunun arxasında Rusiya hərbi kəşfiyyatı dayanır. Eyni zamanda, mayın 5-də Almaniyanın Baş Prokurorluğu Rusiya Federasiyasının vətəndaşı Dmitri Badini Bundestaqın şəbəkəsinə kiberhücumda ittiham edərək beynəlxalq axtarışa vermişdi.

Rusiya tərəfi haker hücumlarında iştirakını dəfələrlə rədd edib.

Alman hüquq-mühafizə orqanlarından heç biri indiyə qədər kiber cinayətkarların Moskva ilə əlaqələri barədə medianın versiyasını dəstəkləyən dəlil təqdim etməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*