Hakerlər İndoneziyanın məlumat mərkəzini sındıraraq 8 milyon dollar fidyə tələb ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 200 dövlət saytının fəaliyyətinə cavabdeh olan serverlər sıradan çıxarılıb.
Ölkə hakimiyyəti bu serverlərin işini bərpa etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, İndoneziyada belə hal ilk dəfə deyil baş verir. Hakerlər dəfələrlə bank və bank olmayan kredit təşkilatlarının saytlarını dağıdıb, serverlərin iş mexanizmini sıradan çıxarıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az