Hakimdən şikayət edildi – “Məhkəmə prosesini apara bilmir”backend

Hakimdən şikayət edildi - "Məhkəmə prosesini apara bilmir"

“Nərimanov rayon məhkəməsinin hakimi Xalidə Əlisoy devalvasiya nəticəsində müflisləşmiş sahibkar tərəfindən şəriklərinə (əsas şəriki məmurdur) tam deyil, qismən ödəniş edə bilən şəxsi 1 il müddətinə azadlıqdan məhrum etdi. İki il əvvəl Avropa İnsan Haqları Məhkəməsi şikayətim əsasında borcunu ödəyə bilməyən şəxslərin həbsinə dair Azərbaycana qarşı qərar çıxarsa da, bu qanunsuz, barbar və biabırçı təcrübə tam aradan qalxmayıb”.

KONKRET.az-ın xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.

“Son zamanlar qadın hakimlərin sayı artır. Onlardan ədalət də olmasa, heç olmasa daha humanist yanaşma gözləyir cəmiyyət. Amma əksi olur. Xalidə Əlisoy da ötən il hakim təyin olunub. Çıxardığı hökm bir tərəfə, heç normal məhkəmə prosesini də apara bilmir. Heç danışmağa macal vermir. Vəkil danışır – deyir qısaldın, başqa işlər var. Təqsirləndirilən şəxs son sözlə çıxış edir – ona danışmağa imkan vermir ki, özünüzü toparlayın, qısa danışın, vaxt yoxdur və s. və i.a. Odur ki, məhkəmə-hüquq sisteminin cinsi islahatı da nəticə vermir. Real islahat üçün bunlar tələb olunur: elmi yanaşma, savadlı və dürüst hakimlər, mütərəqqi qanunvericilik və məhkəmə təcrübəsinin şəffaflığı və vahidliyi”, – Ə.Həsənov qeyd edib.

  • Əliyev İlham
    Oktyabr 21, 2023 - 04:50

    Nərimanov rayon məhkəməsinin hakimi Solmaz Ədilova adımdan ərizə yazaraq imza edərək işə əlavə edib. Həmin ərizəni ekspertiza etməyi xahiş etdim amma tələsik hüququmu pozan qətnamə çıxardı.

  • Nezaket
    Oktyabr 21, 2023 - 13:16

    Nəsimi rayonu natavan tagiyeva çox ədalətsiz hakimdir vesadet verilirdi heç bir vesdati qəbul etmədi hökm çıxardı və pul almaqi hər şeyindən bəlli idi

    • Qafur
      Oktyabr 21, 2023 - 21:26

      Salam. Şirvan Apelyasiya Məhkəməsinin hakimi İlham Əsədov məhkəmədən bir gün əvvəl mənə telefonla zəng edərək 6 dəqiqə 56 saniyə ərzində təzyiq etdi ki, mənim payıma düşən əmlakı iddiaçıya bağışlayım. Mən etraz etdim. Bundan əsəbləşən İlham Əsədov səs tonunu qaldıraraq üstümə qışqırmağa başladı. Yenə razılaşmadım. Səhəri gün məhkəmə zalında İlham Əsədov mənə razılaşma protokolu təqdim etdi. Mən razılaşma protokolunu oxuyanda gördüm ki, əvvəlki gün tələb etdiyini rəsmiləşdirmək istəyir. Razılaşmadım. Başladı qışqırmağa və fasilə verib qətnamə qəbul etdi. Qətnamə isə belədir. Dövlət ipotekası ilə aldığım mənzili ümumi əmlak hesab edərək bölgüsünü aparmışdır. Lakin dövlət ipotekası mənim üzərimdə qaldı. Bu isə o deməkdir ki, mən 2041-ci ilədək iddiaçıya qul işləyəcəm. Budur bizim ədliyyəmiz. Ədalət deyilən bir şey yoxdur. Hakimlər öz maraqlarına xidmət edir. Xalqa yox

    • Tergul
      Oktyabr 22, 2023 - 22:35

      Allah bəla versin Xəzər rayonunda məhkəmənin hakiminə.qadindi amma özüne hörmət qoymur.adi Ramiledi.haqsizliq etdi.men subt apardım qəbul etmedi.onu Allahin qəzəbinə tapşırdım .çox özünden deyrdi.onu Allaha tapşırdım 1-hefte sonra atası gorbagor oldu serefsiz Ramilenin

  • Camal
    Oktyabr 21, 2023 - 17:39

    Xumar Mərdanovada elə hakimlərdəndi

  • Suleyman
    Oktyabr 22, 2023 - 02:34

    Nərimanov ray hakimi Mehriban Əfəndizadə çox ədalətsiz rusvetlə işləyəndi yoxsa inteks yəni triumf haqqımi qəsb etməsinə mane olardi. üstəlik əleyhimə qərar verdi.evimi elimden aldilar

    • Samirə
      Dekabr 2, 2023 - 00:07

      Bizim işə düz baxmışdı amma çox razı qaldıq.bizdə də MTK işi idi.qərar bizim xeyrimizə çıxdı,apellyasiyada da qüvvədə qaldı.

    • Xatirə Quliyeva
      Mart 14, 2024 - 18:35

      Mən də Mehriban Əfəndizadədən narazıyam. Bacımla mənim əvəzimdənimzalanmış saxta Vəsatətlər üzə çıxıb. on dəfələrə media ilə tənqid olnsa da MEM-ə məktub vermədi. Ümumiyyətlə onun hakim liyi döblətə faydlı deyil Ancaq nə olsun. Nəyə görəsə dəqiq arqumentlərlə sübutlara qiymət verilmir.

  • Suleyman
    Oktyabr 22, 2023 - 02:40

    Nərimanov hakimi mehriban Əfəndizadə ədalətsiz rusvetlə isleyendi ele olmasaydı inteks triumf haqqımı qəsb edende doğru qərar çıxarardı .kimse rüşvət yeyecek deye mən qaldım evsiz

    • Tural
      Noyabr 3, 2023 - 22:20

      Cox tesuf ( Apelasiyaya vermediz ki qerar legv olunsun?

  • Lalə
    Oktyabr 22, 2023 - 06:19

    Ay Allah özün köməy ol biza.Azərbaycan Respublikamız çox şəffaf Asan xidmətlər açıb.Lakin Daşınmaz Əmlak 1saylı ərazi idarəsi hüququmu əzir.Vəkil əriza yazır.Cavab almaq qeyri mümkün.Hədələnir Vəkil yuxardan.İşdan imtina edir.Sərəncam var arxiv Açılsın Əmlakla baqlı.Süründürməçilik günü günə boş gözləmələr.Xeyri yoxdu düzgünlük yoxdu heç vaxtda tahlükə sovuşmayacaq.Vəzifali insanlarin dilinda bir şuar var bura Azərbaycandı.Nə istayirsiz?

  • Lalə
    Oktyabr 22, 2023 - 06:21

    Allah özün köməy ol biza.Azərbaycan Respublikamız çox şəffaf Asan xidmətlər açıb.Lakin Daşınmaz Əmlak 1saylı ərazi idarəsi hüququmu əzir.Vəkil əriza yazır.Cavab almaq qeyri mümkün.Hədələnir Vəkil yuxardan.İşdan imtina edir.Sərəncam var arxiv Açılsın Əmlakla baqlı.Süründürməçilik günü günə boş gözləmələr.Xeyri yoxdu düzgünlük yoxdu heç vaxtda tahlükə sovuşmayacaq.Vəzifali insanlarin dilinda bir şuar var bura Azərbaycandı.Nə istayirsiz?

  • Adonay
    Oktyabr 22, 2023 - 12:05

    Məhkəmə sistemi bərbad vəziyyətdədir.
    Son zamanlar müşahidə etdiyim ədalətsiz və qərəzli hakimlər:
    Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasova;
    Nizami Rayon Məhkəməsinin hakimi Ülkər Yusifova;
    Sabunçu Rayon Məhkəməsinin hakimi Tahirə Əsədova;
    Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov.

  • Samirə
    Noyabr 30, 2023 - 22:20

    Bizim işə düz baxmışdı amma,çox razı qaldıq.Bizdə də MTK işi idi.

    • Hasanağa
      Yanvar 2, 2024 - 12:27

      Hakim Solmaz Əliyeva savadsız və rüşvətxorluq. Özüdə Accessbankın dələduzları ilə əlbirdir.

  • Asif Əliyev
    Yanvar 11, 2024 - 08:40

    Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasova açıq aşkar şəkildə tapşırıq və rüşvətlə qərar qəbul edir. Təsəvvür edin ki, dörd ay bizi süründürüb axırda Qətnamə çıxardı ki, siz cavabdehi səhv göstərmisiz. Cavabdehinsəhv göstərməyimizi hakim dörd aydan sonra bildi guya. Əslində isə özü bilərək prosesi uzatdı və sonra rüşvətini alıb qərar verdi.

  • Abdulla Abdullayev
    Fevral 5, 2024 - 11:39

    Bakı Apellyasiya Məhkəməsinin hakimlər Cəmilə Musayeva bə Fuad Talışınski, Yasamal rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Azərbaycan respublikası adından hüquqi savadsiz və sifarişli qərarlar qəbul edirlər.

  • Tanrıqulu
    Mart 30, 2024 - 16:11

    Qurunun oduna yaş da yanır..indi harada kimin ziyanına qərar çıxarmış hakim var,təbii ki onu pisləyəcək,bu da nihilizm və cahillikdən xəbər verir. Əlbəttə,neqativ hallar da var. Amma məhkəmə sistemində islahatlara da kölgə salmaq düz deyil.. mənə də deyirdilər ki baş qoşma,onsuz qarşı tərəf güclüdü,pulludu,səni əzəcəklər,amma sağolsun,Nərimanov rayon məhkəməsinin hakimi Əfəndizadə Mehriban heç bir qərəz olmadan ədalətli qərar çıxardı. Qarşı tərəf narazı qalaraq yuxarı instansiya məhkəməsinə müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov qərarı qüvvədə saxladı. İndi o hakimlərdən də narazı qalıb qarşı tərəf,hər yerdə də deyirlər,lakin yalandı.Allah həmişə qarşımıza ədalətli adamlar çıxarsın..

  • Murad
    May 25, 2024 - 02:18

    Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyev mənə qarşı qərəzli mövqe tutaraq bankla əlbir olub mənə qarşı qərar çıxardıb mən əsgərlikdə ola-ola. Təsəvvür edin dövlətə qulluq edən, xidmətdə olan adama qarşı qərar çıxardıb məni və ailəmi evdən çıxardıb qış ayında. Bu nə dərəcədə düzgündür? Siz oturub qərarlar çıxardanda mən gecə-gündür Vətənə xidmət aparırdım və mənim xəbərim olmadan qərar çıxarırsınız. Hamı hər kəsi və hər kəsin ailəsin tanıyır və bilir kim kimdir. Xahiş edirəm ölkə rəhbərliyi və yuxarı instansiya məhkəmələri bunu görsün və bilsin. Mən Beynəlxalq və Avropa məhkəmələrinə müraciət edəcəm, rayon məhkəmələrində baş verən özbaşınalığa bir son qoysunlar!!!

  • mania
    Oktyabr 30, 2024 - 18:36

    Hakim bence hukuk dan bilgisi yok ! 8 kere benim mahkemeyi erteledi – Narkotik ise yapan bir mahkumu asla susturamadi ayrica bir yabanci vatandasi magdur etti ! oyle bir hakim ki ben Azerbaycan presidant sikayetim icin 100 kere bana dedi niye sikayet ediyorsun ?
    cok ozet desem: beebat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*