İstər geosiyasətdə, istərsə də iqtisadiyyatda hər hansı variantı nəzərdən keçirərkən, ilk növbədə, fayda yox, mümkün itkilər nəzərə alınmalıdır. Ermənistanda isə dövlət səviyyəsində anti-Rusiya xətti yürüdən insanlar ya Rusiya ilə düşmənçilikdən mümkün itkiləri hesablamayıblar, ya da müəyyən təminatlar alıblar.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni media eksperti Tiqran Köçəryan səsləndirib.
“Yəni bu insanlar nə etdiklərini bilirlər? Gürcüstanda, Ukraynada və Moldovada baş verənlərə baxın, özünüz nəticə çıxarın. Moldova prezidenti, Rusiya Federasiyası ilə bütün əlaqələrini kəsdi və indi bütün Avropanı gəzib odun almağa çalışır. Ermənistanın sadə vətəndaşları həqiqətən də Rusiya ilə düşmənçilik etməyin nə demək olduğunu başa düşürlərmi? Bəs Ermənistan və onun əhalisi müttəfiqlik münasibətlərinin dayandırılmasından sonra baş verəcək itkilərə dözməyə hazırdırmı?Doğrudanmı insanlar Rusiyanı regiondan çıxarmaqla qazın pulunu on qat ödəyə biləcəklərinə inanırlarmı? Bu dəfə 1992-93-cü illərdəki kimi olmayacaq, insanlar ailələri ilə Rusiyaya qaçıblar – o zaman bu, dost ölkə idi. İndi Rusiyanı tənqid edən vətəndaşlar hara gedəcək? Türkiyəyə?” – deyə Köçəryan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az