Hakimlərin seçilməsi üç mərhələdən ibarət olacaq.
KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Belə ki, hakimlərin seçim prosesi test imtahanı, yazılı imtahan və müsahibə əsasında olmaqla – üç mərhələdən ibarət olacaqdır.
Eyni zamanda namizədlər təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Akademiyasında Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb ediləcəklər.