HAMAS əsir götürülən 23 Tailand vətəndaşını heç bir ilkin şərt olmadan azad etməyə razılaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Ərəbi Əl-Cədid” qəzeti məlumat yayıb .
Məlumata görə, İran Tailand və HAMAS arasında sazişin bağlanmasında vasitəçi kimi çıxış edib.
Tailandın Xarici İşlər Nazirliyinin məlumatına görə, HAMAS-ın İsrail ərazisinə hücumu nəticəsində 39 taylandlı öldürülüb, 26 nəfər isə Qəzza zolağına sürülüb.
Qeyd edək ki, noyabrın əvvəlində Tailand öz vətəndaşlarının azad edilməsinə nail olmaq üçün HAMAS ilə birbaşa danışıqlara başladığını bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az