HƏMAS hələ də Qəzza zolağında təxminən 215 nəfəri girov saxlayır
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Doron Spielman bildirib.
Onun sözlərinə görə, Qəzzada hələ də 215-ə yaxın girov qalıb, lakin onların sağ olub-olmaması məlum deyil.
Noyabrın 24-də HƏMAS dördü uşaq olmaqla 13 israillini azad edib. Bunun müqabilində isə İsrail 39 fələstinli və 11 xarici vətəndaşı azad etməyə razılaşıb.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında dörd gün davam edəcək humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqlayıb.
Ariz Həsənoğlu,
KONKRET.az