“Hamımız öləcəyik” deyən “polis”lə bağlı yoxlama başlandı – VİDEObackend

“Hamımız öləcəyik" deyən “polis”lə bağlı yoxlama başlandı - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Almatı şəhər polisinin formasını geyən və “hamımız öləcəyik” sözlərini deyən video müəllifinə qarşı yoxlama başlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, artıq onunla söhbət aparılıb.

“Qazaxıstanda koronavirus infeksiyasının yayılması və faciəli hallarla əlaqədar mövcud vəziyyət fonunda bir polis zarafatı qəbuledilməzdir” deyib.

Əlavə edilib ki, video “ictimaiyyətin və polisin qəzəbinə səbəb olub”.

Polis onu sosial şəbəkələrin izlənməsi nəticəsində tapıb.

Videonun qəhrəmanı polis əməkdaşı deyil, Kental təxəllüsü ilə tanınan müğənni və aktyor Talqat Kenjebulatovdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının iddiaları 2016-cı ildə edilmiş bir qeydlə başlanıb. Kental polis formasında stresi, çətinliyi, ürək ağrısı, işində, ailəsində problemləri olanlara narahat olmamağı məsləhət görüb və “hamımız eyni şəkildə öləcəyik” deyib.

“İnstagram”da Kental bildirib ki, iyulun 13-də iki polis əməkdaşı və iki silahlı xüsusi təyinatlı gələrək söhbət üçün şöbəyə getməsini istəyib.

Dediyinə görə, əvvəlcə hiddətə səbəb olmayan videonun hekayəsini izah etdikdən sonra yerindəcə təkzib videosu çəkib, sonra o, məhkəmə ilə hədələnib.

Onun yanına vəkil buraxmayıblar. Polis idarəsini tərk etdikdən sonra musiqiçi müraciət çəkərək dəstək istəyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*