“Hamını İlham Əliyevə səs verməyə çağırıram” – Şəhid anasından xalqa MÜRACİƏTbackend

“Hamını İlham Əliyevə səs verməyə çağırıram” – Şəhid anasından xalqa MÜRACİƏT

“Biz şəhid anaları bir müddət öncə Ümrə ziyarətində olduq. Təsəvvür edin ki, orada azərbaycanlıları necə gözəl qarşılayırdılar. Bizə çox isti münasibət, diqqət, hörmət vardı. Bilirsiniz niyə? Çünki qalib dövlətik, torpaqlarımızı düşməndən azad etmişik. Oğullarımız misilsiz qəhrəmanlıqlar göstərib, Ordumuz Ali Baş Komandanla dəmir yumruq olub, gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri İçərişəhər “Cümə” məscidi icmasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən konfransda şəhid gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlı deyib.

Ana bildirib ki, “30 illik işğal dövründə biz başqa ölkələrdə azərbaycanlı olduğumuzu ürəklə deyə bilmirdik. Utanırdıq. Amma indi dünyanın hər yerində azərbaycanlı olduğumuzu fəxrlə, qürurla dilə gətiririk. Ona görə ki, dövlətimizin uğurları, inkişafı göz önündədir. Görün, Azərbaycan, Bakı günü-gündən necə gözəlləşir”.
M.Abdurahmanlı əlavə edib ki, bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

“Ona görə də mən bir şəhid anası kimi şəhid ailələrini, qazilərimizi, bütün xalqımızı seçkilərdə fəal iştirak edərək, cənab İlham Əliyevə səs verməyə çağırıram. Çünki yalnız o, bir müdrik siyasətçi, uzaqgörən lider kimi yenidən dövlət başçısı olmağa layiqdir. Və yalnız o, bundan sonra da xalqımızı və millətimizi xoşbəxt və firavan gələcəyə apara bilər”, – deyə şəhid anası xüsusilə qeyd edib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*