Hansı hallarda borc müqaviləsi bağlanmalıdır? – VİDEObackend

Hansı hallarda borc müqaviləsi bağlanmalıdır? - VİDEO

Bəzi borc alan insanlar sonradan ya onu ödəyə bilmirlər, ya da çətinliklə qaytarırlar. Bu isə borc verən tərəfə də problemlər yaradır. Ancaq belə halların yaranmaması üçün borc müqaviləsi mövcuddur. Yəni məsələ qanunvericiliklə tənzimlənir.

KONKRET.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Emil Aslanov deyir ki, borc predmeti pul məbləği olduqda, bu, həm də kredit müqaviləsi adlanır.

Vəkil deyir ki, daha təhlükəsiz və etibarlı olması üçün borc müqaviləsini notarial qaydada da təsdiqlətmək mümkündür.

Onun sözlərinə görə, borc alıb-verən şəxslər adətən tanış və ya yaxın insanlar olduqları üçün notariusa ehtiyac duymurlar. Ancaq bu, hər iki tərəf üçün risk daşıyır.

Vəkil borc şikayəti ilə bağlı məhkəmə işlərinin çox olduğunu vurğulayıb.

Daha ətraflı Xəzər Xəbərin videomateriaında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*