Hansı sabun sizi koronavirusdan qoruya bilər? – Həkim məsləhətibackend

Hansı sabun sizi koronavirusdan qoruya bilər? – Həkim məsləhəti

Virus infeksiyaları ilə mübarizə üçün ən təsirli sabun uşaq və 72 faizli təsərrüfat sabunlarıdır.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri həkim terapevt Lyudmila Lapa deyib.

“Antibakterial sabunla adi sabun arasında heç bir fərq yoxdur. Lakin ən yaxşıları uşaq və 72 faizli təsərrüfat sabunları hesab olunur. Bunlarda bütün kirləri, bakteriya və virusları yuyan komponentlər var” deyib.

Lyudmila Lapa yuyunduqdan sonra əllərinizi F vitaminli kremlə yağlamağı da tövsiyə edib.

Onun fikrincə, virus krem ​​qatına “oturur”, dəriyə nüfuz edə bilmir, asanlıqla sabun və su ilə yuyulur.

Həkim immunoloq, təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov koronavirus hissəciklərinin tərkibində lipid, yəni yağlı strukturların olduğunu söyləyib: “Onlar da yuyulan zaman asanlıqla yox olur”.

O, sabun markasının əhəmiyyətinin olmadığını deyib.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əllərin yuyulması ilə bağlı 11 maddədən ibarət təlimat dərc edib.

ÜST əllərinizi ən azı 20 saniyə sürtməyinizi tələb edir və vaxtı hesablamaq üçün əl yuma zamanı iki dəfə Happy Birthday (“Doğum günün mübarək”) mahnısını oxumağı təklif edir.

“Rambler”in xəbər verdiyi kimi, 2019-cu ilin dekabr ayında Çinin Uxan şəhərində (Hubei əyaləti) yeni virus tapılıb. 2020-ci ilin mart ayında virus bütün qitələrə yayılıb. İtaliya Çindən sonra ən böyük epidemiya ilə qarşılaşıb. Son məlumatlara görə, dünyada 354 mindən çox insan koronavirusa yoluxub. 15,4 min insan vəfat edib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*