“Bu oğlan (Rusiyanın tanınmış qalmaqallı müğənnisi İlya Prisuqin) SHENE IN FOREST-də çıxış etmək üçün İrəvana gəlir. O, iyrənc və zövqsüz mahnılar oxuyur, gəncləri korlayır, xristianlığı və Məsih kilsəsini ələ salır (şəkildə gördüyünüz kimi). O, xalqa pis və rəzil bir nümunədir. Lakin avqust ayında onu İrəvandakı konsertlərinə dəvət etdilər və başa düşdüyüm kimi, onun çoxlu izləyiciləri var. Ay camaat, başımıza gələn işlər və mövcud sınaqlar millətimizə dərs deyilmi?”.
KONKRET.az xəbər verir ki, bu sözləri kilsə xadimi Armen Hareyan yazıb. O həyəcan təbili çalaraq fikirlərini belə davam etdirib:
“Xahiş edirəm, oyanın. Ermənistanda bu satanizmi rədd edin! Yaxşı, məmləkətimizə, millətimizə daha nə bəla olacaq ki, pislikdən Allaha tərəf dönəsiniz. Heç olmasa, bu məsələdə bir sərhədiniz olsun. Xahiş edirəm Rəbbimiz Allaha dua edin ki, bu adama konsert verməyə imkan yaranmasın. Belə şərlərin qarşısı alınsın və Allahımıza sadiq qalaraq imanımızı, insani dəyərlərimizi fədakarlıqla qoruyaq. Əgər bunlar sizin üçün də əzizdirsə və bu işi dayandırmağa qüdrətiniz varsa, lütfən Ermənistanda bu iyrənclərin çıxışını qadağan edin. Ya Rəbb İsa, bizi şərdən xilas et”.
Sevinc Paşayeva,
KONKRET.az