Harri Dent: ”2024 depressiya ili olacaq”backend

Harri Dent: ”2024 depressiya ili olacaq”

2024-cü il yaxınlaşdıqca, amerikalı iqtisadçı Harri Dent dəhşətli proqnozlar verib: “Bütün dünya iqtisadiyyatı təhlükəli vəziyyətdədir. Düşünürəm ki, 2024-cü il daha ziyanlı olacaq. Normal vəziyyətə qayıtmaq üçün mərkəzi banklara mesaj göndərməliyik”.

Son qazanclar investorların mülayim tənəzzüllə bağlı ümidlərini artırsa da, Dent hesab edir ki, bunlar hamısı sabun köpüyüdür və hər an partlaya bilər. Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. İqtisadçı qeyd edib ki, bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVID pandemiyasının yüksəlişindən sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə Nasdaq 38% ucuzlaşanda özünü göstərib: “Bu, S&P-də 86%, NASDAQ-da isə 92% çöküşlə müşahidə olunub. Kriptovalyutada isə bu, 96% proqnozlaşdırılır. Yeri gəlmişkən, daşınmaz əmlak, mənim proqnozlarıma görə, 2012-ci ilin ən aşağı səviyyəsinə qayıdacaq”, deyən iqtisadçı 2024-cü ili böyük depressiya ili olacağını bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*