Harri və Megan Kanadadan ABŞ-a köçdülərbackend

Harri və Megan Kanadadan ABŞ-a köçdülər

Britaniya şahzadəsi Harri, həyat yoldaşı Meghan Markle və 10 aylıq oğulları Archi Kanadadan Meganın anasının və dostlarının yaşadığı Los Angelesə köçüb.

KONKRET.az xəbər verir ki, bu barədə martın 26-da “The Sun” qəzeti məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, onların köçməsi öncədən planlaşdırılıb.

“Kanadanın müxtəlif səbəblərdən onlara uyğun olmadığını başa düşüblər və Los-Ancelesdə yaşamaq istəyiblər”. Mənbə belə deyib.

Xatırladaq ki, yanvarın əvvəlində Susseks hersoqu və şahzadəsi kral ailəsinin “böyük” üzvləri kimi fəaliyyətlərini dayandırmağı qərara aldıqlarını və maddi cəhətdən müstəqil olmaq üçün işə başladıqlarını bildirdilər.

Cütlük martın 31-də kral ailəsindən rəsmi olaraq sərbəst buraxılacaq.

Onlar Kralın bütün titulundan və maddi dəstəkdən məhrum olacaqlar.

Bundan əvvəl şahzadə Harri və həyat yoldaşı Meghan Markle son dəfə kral ailəsinin üzvləri kimi bir ictimai tədbirdə iştirak ediblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*